Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yenicag.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da ölkə ərazisindəki avtomobil yollarında nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.

Eyni zamanda avtomobillər siqnal veriblər.