Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xocalı soyqırımı Şotlandiya parlamentində

Reklam: High Technic

18dfa667e275f3db7fc6829d510c3523-300x125Martın 1-də Şotlandiya parlamentində Xocalı soyqırımına dair qanunvericilik təşəbbüsü irəli sürülüb.

Sənəd Şotlandiya Milli Partiyasının (SNP) millət vəkili Sandra Vayt tərəfindən təklif edilib.

Mətndə göstərilir ki, 26 fevral işğalçı Ermənistan qoşunları tərəfindən Azərbaycanın Xocalı şəhərinə olan hücumun 24-cü ildönümüdür. Sənəddə hücum zamanı qətlə yetirilmiş 613 nəfərin ailələrinə başsağlığı verilir, Azərbaycan ərazilərinin işğalına son qoyulmasına çağıran BMT TŞ-nin qətnamələrinin yerinə yetirilmədiyi vurğulanır, son vaxtlar Ermənistan və Azərbaycan arasında gərginliyin artmasından narahatlıq ifadə olunur: “Xocalıda baş verən faciə hərbi əməliyyatlar zamanı baş verə biləcək qorxunc hadisələri və bütün dünyada xalqlar arasında anlaşma, əlaqə və dözümlülüyün əhəmiyyətini bir daha xatırladır. Şotlandiyada və dünyanın hər yerində yaşayan azərbaycanlılar hər il 26 fevral gününü Xocalı faciəsinin qurbanlarını yad etmək məqsədilə hüzn günü kimi anır, ümid edirlər ki, bu faciənin ildönümünə diqqət çəkməklə uzun müddətdən bəri davam edən münaqişənin sülh yolu ilə davamlı həllinin tapılmasına yönəlmiş beynəlxalq səylər artırılacaq”.

Sənədin aparılmış diplomatik fəaliyyət və Şotlandiyadakı Azərbaycan icmasının səyləri nəticəsində hazırlanaraq irəli sürüldüyü bildirilir.

Loading...

www.yenicag.az

243
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100