Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Xocalı soyqırımı Uruqvay və Çili mətbuatında

Azərbaycanın Uruqvaydakı müvəqqəti işlər vəkili Emin İbrahimovun “Xocalı qətliamı – ədalət və sülh üçün davamlı çağırış” sərlövhəli məqaləsi Uruqvayın aparıcı xəbər portallarından olan Uruqvay Xəbərlər Agentliyi (Agencia Uruguaya de Noticias) tərəfindən yayılıb.

Yenicag.az-ın məlumatına görə, məqalədə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın azərbaycanlıların və ermənilərin etnik olaraq bir yerdə yaşamasının mümkün olmadığı və eks-prezident Serj Sarqsyanın Xocalı qətliamının qəsdən törədildiyi barədə Tomas de Vaala müsahibəsində dediyi məlum fikirlərə istinad edilib. Bu iki prezidentin fikirlərinin əslində Azərbaycana qarşı Ermənistanın həyata keçirdiyi işğal və etnik təmizləmə siyasətini yaxşı izah etdiyi bildirilib. Bu kontekstdə Xocalı qətliamının münaqişə kontekstində etnik təmizləmə siyasətinin ən faciəvi səhifəsi olduğuna diqqət çəkilib və bu günlərdə bu faciənin növbəti ildönümünün ərəfəsində olduğumuz xatırladılıb.

Hazırda Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etdiyi, 1 milyondan artıq azərbaycanlının öz evindən qaçqın və didərgin düşdüyü, BMT TŞ-nin qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi yazıda vurğulanıb. Eyni zamanda, Xocalı faciəsinə görə əsas məsuliyyəti daşıyan şəxslərin hələ də cəzasız qaldığı qeyd edilıb.

Məqalədə qeyd edilib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi hər iki xalqın nümayəndələrinin bir yerdə yaşamasının mümkünlüyünə inanır. O cümlədən, azərbaycanlıların və ermənilərin yenidən Azərbaycanın Dağlıq Qarabağ regionunda sülh şəraitində yaşaya bilməsinin mümkünlüyü vurğulanıb.

Eyni zamanda vurğulanır ki, bu sülhə nail olmaq üçün, Ermənistanın işğala son verməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və azərbaycanlıların hazırda işğal altında olan evlərinə qayıtması zəruridir. Bu prinsiplərə əsaslanan sülhün həm də Xocalı qurbanlarının xatirəsinə böyük ehtiram olacağı fikri ilə məqalə sonlandırılıb.

Həmçinin geniş oxucu kütləsinə malik Latın AmerikasınınTelesur TV, Çilinin “Diario Universidad de Chile”, İspaniyanın “Rebelion” xəbər portallarında Çilili jurnalist və beynəlxalq analitik Pablo Xofrenin “Xocalı bizdən xatırlamağı tələb edir” başlıqlı məqaləsi nəşr olunub.

www.yenicag.az

6982
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM