23 fevral 2023-cü il tarixdə Nərimanov rayon Gənclər və İdman İdarəsi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində əsrin faciəsi olan Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Qaranlıqdan Aydınlığa” adlı tədbir keçirilib. Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, “Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Dünya Alpaqut Federasiyasının vitse-prezidenti Emil Rəhimov, Dövlət İdarəçilik Akademiyasının TGT sədri Nihad Təhməzov, “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov, “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kamil Həmidov, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, layihə rəhbəri Cəlal Əliyev, xalq artisti Məmməd Səfa, “Köhnə Çamadanlar” filminin quruluşçu rejissoru Səidə Haqverdiyeva, filmin yaradıcı heyəti, “Davam” Gənclər Hərəkatının əməkdaşları, şəhid valideynləri və bir çox gənclər iştirak edib.
Tədbirdə Xocalı soyqırımı quranları alınıb və Xocalı soyqırımına həsr olunmuş, Səidə Haqverdiyevanın rejissorluğu ilə çəkilmiş “Köhnə Çamadanlar” filmi izlənilib.