Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan yarış keçirilib – FOTO

Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tir atışı üzrə yarış keçirilib.

Yenicag.az xəbər verir ki, Şamaxı Olimpiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən açıq birincilikdə 10 məktəbin şagirdləri yarışıb.

Turnirin mükafatçılarına diplomlar, medallar, kubok və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu, Şamaxıda son illərdə baş tutan ilk belə yarışdır.

Emin