Xocalı soyqrımını törədən erməni general öldü – VİDEO

Müharibənin qızğın vaxtında Xankəndidə qəfil xəstələnərək, İrəvana aparılan erməni general Manvel Qriqoryan ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

65 yaxşı keçmiş deputat, “artsax qəhrəmanı” geydirmə adını daşıyan və azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə seçilən, Xocalı qatili Qriqoryan 20 oktyabrda Xankəndidə qəfildən pisləşmiş və İrəvana aparılaraq reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, Qriqoryan Ermənistanda cinayət təqibindən gizlənmək üçün Qarabağa gəlmişdi. O, qanunsuz silah-sursat saxlamaqda, vergidən yayınmaqda ittiham edilirdi və barəsində cinayət işi açılmışdı.

Qriqoryan bu maddələrlə həbs edilmiş, bu ilin yanvarında isə səhhətinə görə şərti azadlığa buraxılmışdı.