Xocalıda kütləvi məzarlıqda aşkarlanan, kimliyi müəyyən edilmiş şəxslərin qalıqlarının dəfni ilə bağlı məsələlər ailə üzvləri ilə məsləhətləşmədən sonra müəyyən olunacaq.
Yenicag.az xəbər ki, bunu bu gün Baş Prokurorluğun, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə təşkil etdiyi brifinqdə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Zaur İsmayılov deyib. O bildirib ki, dəfnlər yerli icra orqanlarının təşkilatçılığı ilə baş tutacaq.
Qalıqlar dini, milli ənənələrə uyğun olaraq ailələrinə təhvil verilərək dəfn olunacaqlar.