Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri belə məhv edildi – VİDEO

 

Müdafiə Nazirliyi Cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin könüllülərdən ibarət dəstələri və döyüş texnikalarının məhv edilməsi ilə bağlı videogörüntülər yayıb.

Yenicag.az həmin videogörüntüləri təqdim edir.

***

22:11

Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq” deyə, məlumatda qeyd olunub.