Xocavənddə avtobus QƏZASI – Yaralılar var

Bu gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, qəza Xocavənd rayonu ərazisində baş verib.

Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar var.

Qəzanın başvermə səbəbləri və digər təfərrüat barədə daha ətraflı məlumat veriləcək.