!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xocavənddə əsir götürülənlər var?

!Reklam – Yazi

Azərbaycan hərbçilərinin guya Xocavənddə erməni mülki şəxsləri əsir alması ilə bağlı yalanlar ifşa olunub.

Yenicag.az xəbər verir ki, erməni bloger Vardan Qukasyanın Xocavəndin Tağaverd kəndində guya erməni sakinlərin əsir götürüldüyü və soyqırıma məruz qaldığına dair məlumatları təkzib edilib.

Separatçılar sentyabrın 20-si saat 13:00-da təslim olduqlarını bildirdikdən sonra bu xəbərlər sürətlə tirajlanıb. Həmin ərazidə yaşayan ermənilərdən guya xəbər alınmadığı, onların həlak olduğu iddia edilib.

Lakin digər erməni bloger Mika Badalyan bu gün yaxınlarının Tağaverdə yaşayan ermənilərlə əlaqə saxladığı, onların vəziyyətinin yaxşı olduğunu bildirib. Badalyan Qukasyanın xəbərlərinin yalan olduğunu deyib.

Qeyd edək ki, Azərbaycan Ordusunun mülki əhaliyə atəş açmaması rəsmi Bakı tərəfindən dəfələrlə sübuta yetirilib.

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv