Xocavənddə mərmi və patron aşkar edildi

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər zamanı Zoğalbulaq kəndi ərazisindən 60 ədəd müxtəlif növ mərmi və 26 ədəd patron aşkar edilib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, müxtəlif növ mərmi və patronlar aidiyyəti üzrə təhvil verilib.