Xocavənddə yük avtomobili aşdı, sürücü öldü

Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Adil Həsənovun idarə etdiyi “Hovo” markalı yük avtomobili Xocavənd rayonu ərazisində idarəetmədən çıxaraq aşıb.

Yenicag.az xəbər verir ki, Böyük Tağlar kəndi ərazisində baş verən hadisə nəticəsində sürücü ölüb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb istintaq aparılır./Azertag/