Xocavənddəki qəzada xəsarət alanların vəziyyəti açıqlandı – 11-i Türkiyə vətəndaşıdır

Xocavənddə şirkət avtobusunun qəzaya uğraması nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşirilib.

Səhiyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.