“Xocəsən-Avtovağzal” istiqamətində metronun hərəkəti tam bərpa olundu

Texniki cəhətdən nasaz qatar xətdən çıxarılaraq Bakı metrosunun “Xocəsən-Avtovağzal” istiqamətində hərəkət tam bərpa olunub.

“Bakı Metropoliteni” QSC-dən Yenicag.az-a bildirilib ki, saat 18:00-da “Xocəsən” stansiyasının işi bərpa olunub və sərnişinlərin qəbuluna başlanılıb.

QSC baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə bir daha sərnişinlərdən üzr istəyir.

COP29