Almaniyada gündə 200 dəfədən çox banlayan xoruza görə quşun sahibi məhkəməyə verilib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Ren-Vestfaliyada yaşayan 76 yaşlı cütlük səhər saat 08:00-dan etibarən başlayaraq gündə 200 dəfədən çox banlayan xoruzun sahibini məhkəməyə veriblər.
Cütlük Maqda adlı xoruzun evdən çıxarılmasını tələb edir.
Yerli mediaya açıqlama verən yaşlı cütlük xoruz banlamasını işgəncə adlandırıblar.