Reklam: High Technic
hightechnic

Xorvatiya, Belarus və Qırğızıstan prezidentlərindən İlham Əliyevə başsağlığı

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın barədə xəbər məni dərindən kədərləndirdi. Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə bu faciəli hadisə ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Ölkənizin vətəndaşlarının kədərini bölüşür, həlak olanların ailələrinə səbir diləyirik. Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.

Belarus prezidenti Aleksandr Lukaşenko da Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib. Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər Belarus Respublikasında dərin kədərlə qarşılandı. Hörmətli İlham Heydər oğlu, Sizə, həlak olanların doğmalarına və yaxınlarına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov da prezident İlham Əliyevə başsağlığı verib: “Hörmətli İlham Heydər oğlu. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çox sayda insanın ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər məni ürəkdən kədərləndirib. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların kədərinə şərik olduğumu bildirir, bu hadisə nəticəsində xəsarət alanların hamısının tezliklə sağalmasını arzu edirəm”.

www.yenicag.az

615