Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” (Zaqreb) bu gün Xorvatiya çempionatında 2-ci tur oyununa çıxacaq.
Yenicag.az xəbər verir ki, komanda səfərdə “İstra 1961” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Mahirin komandası hazırda turnir cədvəlində 0 xalla 9-cudur. Zaqreb təmsilçisi ilk turda “Hayduk”a 1:2 hesabı ilə uduzub.
Xorvatiya çempionatı, 2-ci tur.
23:00. “İstra 1961” – “Dinamo” (Zaqreb)
Baş hakim: Duye Strukan
“Aldo Drosina” stadionu.