!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xorvatiya prezidenti İçərişəhəri gəzdi – Fotolar

!Reklam – Yazi

prezicerishehr (8)Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 25-də İçərişəhərlə tanış olub.

Əvvəlcə qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da dövlət başçısında böyük maraq doğurub.

Elektromobillə gəzinti zamanı ali qonağa və nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar qorunub saxlanılır.

Şərqin memarlıq incilərindən sayılan dünya əhəmiyyətli Şirvanşahlar saray kompleksi və burada yeni yaradılmış muzey ekspozisiyası ilə tanışlıq Xorvatiya Prezidentinin marağına səbəb olub. Sonra Kolinda Qrabar-Kitaroviç İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində olub. Ali qonağa məlumat verilib ki, qoruq idarəsi ilə Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə layihəsi əsasında fəaliyyət göstərən mərkəzdə istedadlı tələbələr təhsil alırlar. Onlara İngiltərədən gəlmiş mütəxəssislər tərəfindən rəssamlığın sirləri öyrədilir.

Kiçik Qala küçəsində davam edən tanışlıq gəzintisi zamanı Xorvatiya Prezidenti təndir çörəyinin dadına baxıb. Xanım Kolinda Qrabar-Kitaroviç “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Ali qonağa xatirə hədiyyəsi təqdim edilib.

www.yenicag.az

844
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv