!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xorvatiyada SİRLİ OLAY: Qayalıqlarda bir qadın - Polis çarəsizdir

!Reklam – Yazi

Xorvatiyada yaşanan olay ölkə sərhədlərini aşaraq bütün dünyanın maraqlandığı hadisəyə çevrilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ötən həftə Adriatik dənizinin şimal hissəsində sərt qayalıqların üzərində naməlum qadın bitkin vəziyyətdə tapılıb.

İlk andan qadının üzərində yeriməsi mümkün olmayan sərt qayalıqlara necə çıxdığı sualı yaranarkən olay daha da sirli hala gəlib.

Belə ki, qayalıq üzərində tapılan qadın tükənmiş halda olub, lakin balıqçılara əl sallayaraq onlardan kömək istəmə gücünü özündə tapması onun xilas edilməsinə yol açıb. 14 nəfərlik xilasetmə qrupu qadını qayalıqlardan qurtarıb. Onun əşyaları isə 500 metr aralıqda tapılıb.

Qəribəsi isə budur ki, qadının kimliyini təsbit etmək mümkün deyil. İngiliscə mükəmməl şəkildə danışdığı bildirilən qadından özü haqda heç nə öyrənmək olmayıb, kim olduğunu və qayalıqlara necə gəldiyini xatırlamır. Üstəlik, onun əşyaları arasında şəxsiyyətini doğrulayacak heç bir sənəd yoxdur.

Vəziyyət qarşısında çarəsiz qalan polis media vasitəsilə və qadının şəkillərini ölkənin hər yerinə yaymaqla onun kimliyini üzə çıxartmaq istəyir. Lakin bu günədək heç bir nəticə əldə edilməyib.

www.yenicag.az

873
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv