Xoş qoxunun ZƏHƏRLİ TƏHLÜKƏSİ: “Həmin maddələrlə təmasda olmaq…” – Professordan TÖVSİYƏ

“Belə maddələr nəfəs yollarını qıcıqlandırır və onlardan bəziləri diffuziya nəticəsində qana keçir”.

Bu fikirləri qoxusu xoş gələn bəzi maddələrin insan sağlamlığına zərəri haqqında danışan professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, bu üzvi həlledicilər dəri, nəfəs yolları vasitəsilə orqanizmə keçir və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

“Konkret desək, yapışqan benzin, boya və sair kimi müxtəlif üzvi həlledicilərin qoxusu insanlara xoş gəlsə də, bu məhsulları davamlı iyləmək insan sağlamlığına mənfi təsir göstərir.

Belə maddələr nəfəs yollarını qıcıqlandırır və onlardan bəziləri diffuziya nəticəsində qana keçir. Uçucu maddələr sənayesində işləyən şəxslərdə xərçəng xəstəliyinin daha çox müşahidə edilməsi də qeyd olunan səbəblə əlaqədardır.

Ümumiyyətlə, insanlar bu cür maddələrlə təmasdan çəkinməli, sənayedə işləyən şəxslər isə müxtəlif qoruyucu vasitələrdən mütləq istifadə etməlidirlər”.

Nuray Məmmədzadə

COP29