Uzun illərin təcrübəsi göstərib ki, xoşbəxt qadın adətən qayğısız, etinasız həyat yoldaşı olur. Onların evlərində də həmişə içilməmiş qəhvə fincanı, dağınıq yataq, oxunmamış kitab, şən səliqəsizliyə rast gələrsiniz.
Yenicag.az xəbər verir ki, mütəxəssislər xoşbəxt qadınların pis həyat yoldaşı olduqlarını iddia edirlər.
Onların fikrincə, bədbəxt qadınlar daha yaxşı həyat yoldaşı ola bilir. Onların həyatı uğursuzluqlarla dolub daşır, qəlblərini buz kəsib. Fərq yoxdur hansı səbəbdən, nə üçün… O qadınlar sadəcə bədbəxtdirlər.
Tutaq ki, xoşbəxt qadın dolabda təmiz yataq dəsti tapa bilmir. Yadına düşür ki, axı paltarları yumağı unudub. Amma əhvalı o qədər yaxşıdır ki, bu hadisəyə gülür və önəm vermir.
Xoşbəxt qadının evində heç vaxt ehtiyyatda ərzaq, əşya və ya pul olmur. Buna görə də qarşı tərəf özünü çox lazımlı hiss edir. Anlayır ki, o olmasa, qadın bütün bunları əldə edə bilməz. Sevimli, şən, enerji dolu qadınını xoşbəxt etmək üçün kişi məişət məsuliyyətini də könüllü şəkildə öz üzərinə götürür. Qadın onu idarə etməyə çalışmır, çərçivəyə salmır. Ona görə kişi həyat yoldaşını qısqanır, daim yanında olmağa can atır.
Bədbəxt qadınlarsa, əksinə tez və dadlı xörəklər bişirir. Ona görə də əri sağlam və gümrahdır. Ümidsiz qadınların evində hər zaman əsgərlikdə olduğu kimi ideal təmizlik hökm sürür. Dolablarda paltarlar riyazı dəqiqliklə qatlanıb, mətbəxində hətta müharibələrə tab gətirən ərzaq ehtiyatı var. O, həm də qənaətcildir. Pul yığmağı da bacarır. Gün ərzində dərdlərindən qurtulmaq üçün özünü ev işlərinin ağuşuna atır, fasilə vermədən qabları, paltarları yuyur, ev yığışdırır. Ərini də tez-tez yaxşıca yedirib-içirdir.
Çox vaxt kişi qaynanmış suda məhv olan mikrob, yaxud təmiz mətbəx sevməyən tarakan kimi bu şəraitdən qaçmağa can atır. Bu qadınlar gözətçi kimi ərlərini güdür, pencəklərinin üstündə qadın teli axtarırlar. Onların ərləri də körpə kimi küçədəki “zibil”i dadmağa meyllənirlər.
Ətrafında hər kəs bu qadının ideal həyat yoldaşı olduğunu deyir. Rəfiqələrini də ev işlərindəki uğurlarına görə tərifləyir. “Bu gün bişirdiyi yeməyi bəyəndim. Görünür ki, evdarlığı öyrənmək istəyir” kimi cümlələr qurur.
Bədbəxt qadınlar gün ərzində vəhşi işgüzarlıqla evin içində dolaşırlar ki, toz damcısı, yaxud ləkəli güzgünü silsinlər. Ərləri də evdə necə davranacaqlarını bilmirlər. Evdəki səliqəni pozmaqdan qorxduqları kimi, onunla rahat, isti, çılpaq ünsiyyətdən də çəkinirlər./Publika/