Xoşbəxtlik axtaran qadının FACİƏVİ HƏYATI: Bütün acılar bundan sonra başladı… – VİDEO

Tanınmış teleaparıcı Ramal Hüseynovun Dalan 18+ verilişinin yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışın qonağı xoşbəxtlik axtaran 40 yaşlı Günaydır. Uşaq vaxtlarından kasıb və ehtiyac içində böyüyən Günay anasından mütəmadi fiziki və psixoloji şiddət görür. Anasının verdiyi əziyyətlərdən tez qurtulmaq üçün erkən aiə həyatı qurmağı qəbul edir və ilk evliliyini anasının seçimi və təkidi ilə edir. Günay bu evliliyi həyatının xilas yolu kimi görsə də sevinci çox sürmür. Övlad sahibi ola bilmədiyi və süni mayalanma ilə uşaq sahibi olmağı qəbul etmədiyi üçün ərindən ayrılır. Bu boşanmadan sonra xoşbət olmaq ümidi ilə müxtəlif vaxtlarla daha 2 uğursuz ailə həyatı qurur. İkinci evliliyi boşanmış və dörd oğlan atası olan bir kişi ilə baş tutur. Bu evlilikdən günay qız uşağına hamilə qalır, lakin yoldaşı qız uşaqlarını sevmədiyi üçün Günayın qarşısına şərt qoyur və Günayı selektiv aborta (cinsə görə abort) məcbur edir. Günayın iki seçimi var idi: ya qız uşağını abort etməli idi, ya da boşanmalı idi. Boşanmağı seçən Günay qız övladı ilə təkrar anasının evinə qayıdır. Bir müddət sonra Günay üçüncü evliliyini həyata keçirir. Bu dəfə iki övlad atası ilə ailə qurur və onun həyatında bütün acılar bundan sonra başlayır. Günayın faciəvi həyat yolundan bəhs edən həmin buraxılışı təqdim edirik.

Layihə SMG Productionun istehsalıdır.