Bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayeva köhnə müsahibəsi ilə internetdə müzakirələrə səbəb olub.
Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, 2003-cü ildə çəkilmiş video “Pavlikdən Sıfır” YouTube kanalında aşkarlanıb.
Jurnalist Pavel Yeqorovun aldığı müsahibə video kasetlərdən rəqəmsallaşdırılaraq dərc edilib.
Videoda ən çox o vaxtkı 20 yaşlı Alinanın pulla bağlı fikirləri diqqət çəkib.
O, həmsöhbəti ilə pulun böyük əhəmiyyət kəsb edib-etmədiyini müzakirə edir.
“Pulun yoxdursa, heç kimsən!”, – Alina Kabaeva deyir.
Onun fikrincə, insan həyatını istədiyi kimi qurmaq istəyirsə, mütləq pula ehtiyacı var.
Kabayeva qeyd edir ki, çoxlu pula sahib olmaq üçün bir o qədər çox çalışmaq lazımdır.
“Xoşbəxtliyin pulda deyil, onun miqdarında olduğunu desələr də, yenə də pul qazanmaq lazımdır. Pulu elə-belə əldə edə bilməyəcəksən”, – gimnast qeyd edir.
Xoşbəxt olmaq üçün nə qədər pula ehtiyacı olduğu və bir milyardın yetərli olub-olmadığı sualına cavab verən Kabayeva deyir ki, yeni mənzil istəyir.
Müsahibə zamanı onun sözlərinə görə, artıq anası ilə birlikdə yaşadığı mənzili var.
Lakin o, ayrı ev istəyir. Və onu aldıqdan sonra Kabayeva yalnız öz zövqü üçün yaşayacağını deyir.
Video artıq sosial şəbəkələrdə ələ salınır.
“Yaxşı, qızlar, gəlin bundan sonra reallıqdan uzaqlaşaq. Düzgün istəklər və digər cəfəngiyyatlar haqqında bütün marafonları və kitabları ataq.
Budur gənc Alina Kabayeva, o, milyarda ehtiyac olmadığını söyləyir!
Bəs sizcə, onun milyardı varmı?”, – deyə sosial şəbəkə istifadəçiləri şərh ediblər.
Onlaar pul qazanmağı öyrədən çoxsaylı məşqçilərin populyarlığına işarə ediblər.
Kabayevanın şəxsi vəziyyəti haqqında dəqiq məlumat yoxdur. Lakin internetdə 2021-ci ildə bir ildə 155 milyon rubl (təxm. 3 milyon man) qazandığı barədə məlumat var.
“Kabayeva kifayət qədər zəngin və rəngarəng həyat yaşayır”, – sosial media yazıb.
Alina Kabayevanın həmin müsahibəsini təqdim edirik:
Xuraman Etibarlı