“Yasa gedirlər” video çəkib paylaşırlar…”
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib.
Aparıcı yas mərasimində foto, video çəkən insanlara səslənərək, bu hərəkətin qeyri-etik olduğunu bildirib. O, xüsusən sənət adamlarını tənqid atəşinə tutub:
“Yas mərasimindən də şəkil çəkərlər, video paylaşarlar?Xüsüsən sənət adamlarına səslənirəm, yasa gedəndə şəkil video çəkib paylaşmayın. Belə etməyin, ayıbdır. Yasa getmisən lap yaxşı, sənin də yasın düşəndə o gedəcək. Bunu çəkib paylaşmağın nə mənası var?”
Nehru