“O hadisədən sonra psixoloq yanına getdim…”
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı yaşadığı ağır sarsıntıdan danışarkən deyib.
Aparıcı verilişində bir cinayət hadisəsinin üstünü açandan sonra sarsıntı keçirdiyini və bu hadisədən sonra hər kəsdən ehtiyat etdiyini bildirib:
“Salyanda bir cinayət hadisəsinin üstünü açandan sonra evimdə qapımı bağlayıb, yatıram. Bu gün də belə edirəm. O dəhşətli hadisədən sonra çox qorxdum. Buna görə psixoloq yanına gedib, psixoloji yardım alandan sora düzəldim. O hadisədən sonra başa düşdüm ki, bu həyatda hər şey yalandı”.
Həyat yoldaşı Doğuş Xoşqədəmin “Bu həyatda hər şey yalandı” fikrinə qarşı çıxıb və bu söz cütlük arasında qarşıdurmaya səbəb olub.
Nehru