Xroniki xəstəliklərə səbəb olan beş vəziyyət

Amerikalı alimlər hər bir insanın orqanizmində xroniki xəstəliklər əmələ gətirən beş vəziyyəti sadalayıblar.

Yenicag.az xəbər verir ki, həkimlər bu məsələyə ciddi yanaşaraq, müxtəlif vəziyyətlərin siyahısını tərtib ediblər. İnsan məhz bu amillər olduqda, ürək-damar xəstəliklərinə, diabetə və çoxlu sayda digər xroniki nasazlıqlara tutulur. Siyahıda birinci yerdə stress gəlir. Adrenalin ifrazı ilə müşayiət olunan stress insanı daim gərgin vəziyyətdə saxlayır və ona elə gəlir ki, düşdüyü vəziyyətin qurbanına çevrilib. Alimlər belə vəziyyəti müsbət stresslə, məsələn, heç nəyə baxmayaraq, insanı ruhlandıran və onu irəli getməyə vadar edən stresslə əvəzləməyi tövsiyə edirlər.

Siyahıda ikinci yeri zərərli yeyinti məhsulları tutur. Müasir cəmiyyətdə, demək olar, bütün məhsullar bu qəbildəndir, çünki istənilən halda müəyyən emala məruz qalır. Bu tip məhsullar orqanizmə ciddi ziyan vurur, onu zəiflədir.

Doyunca yatmamaq üçüncü yerdədir. Doyunca yatmayan insan özünü nasaz hiss edir və bu nasazlıqlar sonralar müxtəlif növ xəstəliklərə çevrilir. Belə insanlar yüksək qan təzyiqindən əziyyət çəkir və neqativ stress vəziyyətində olurlar.

Müasir dünyada dişlərin təmizlənməsi vacib məsələdir. Dişlər vaxtlı-vaxtında fırçalanmayanda, mikroblar diş ətində toplanır və xəstəliyə yoluxmaq riski xeyli artır.

Bu siyahını oturaq həyat tərzi tamamlayır. Belə insanlar piylənmədən, yüksək xolesterindən, qan təzyiqindən və çoxsaylı nasazlıqlardan əziyyət çəkirlər. Bu cür hallar gec-tez xroniki xəstəliklərə gətirib çıxarır.

COP29