Xudatda əməliyyat – Evdən külli miqdarda narkotik çıxdı

Xudat polisi əməliyyat keçirib, evdən külli miqdarda narkotik maddə tapılıb.

Yenicag.az xəbər verir ki, dünən Xudat şəhər Əliağa Vahid küçəsi, mənzil 2-də yaşayan Əlimuradov Cavid Vaqif oğlu saxlanılıb.

Xudat polisinin həyata keçirdiyi əməliyyat nəticəsində Əlimuradov Cavid Vaqif oğlunun yaşadığı ünvandan külli miqdarda narkotik maddə tapılıb.

Qeyd edək ki, Xudat Polis Bölməsinin həyata keçirdiyi əməliyyatda rəis Fəxrəddin Hacıyev də iştirak edib.

Əlimuradov Cavid Vaqif oğlu barəsində cinayət işi açılıb.

Səxavət Məmməd