!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xudaverdiyan “Yandex”lə baş tutmayan arzusunu “Uber”lə həyata keçirdi

!Reklam – Yazi

“Yandex taksi” şirkətinin direktoru erməni Tiqran Xudaverdiyandır.

Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü erməni Tiqranın rəhbərlik etdiyi şirkətin ölkəmizdə fəaliyyətini mümkünsüz edib. Bu üzdən də “Yandex taksi” Azərbaycana buraxılmayıb.

Yenicag.az xəbər verir ki, şirkət birbaşa Azərbaycana girə bilməyəcəyini bilsə də, yenə buna cəhdlər edib.

Adının çəkilməsini istməyən iş adamlarından biri bildirib ki, “Yandex Taksi” şirkətinin rəhbərliyi ona təklif edib ki, Azərbaycan bölümünün rəhbəri olsun. Ancaq bu təklif təklif olaraq da qalıb. Belə ki, Dağlıq Qarabağ probleminə və ermənilərin təcavüzünə görə, iş adamı təklifi geri çevirdiyini deyib.

Əldə etdiyimiz məlumata görə, azərbaycanlı iş adamına təklif edən şəxs özü də erməni olub. İş adamı bildirir ki, Azərbacan bölümünün rəhbəri vəzifəsi təklif edilən zaman bildirdim ki, Azərbaycana girə bilməyəcəksiniz. O zaman iş təklifi verən şəxs bildirib ki, bir yolunu tapıb Azərbaycana girəcəklər.

Və ermənilər istəklərinə dolayısı ilə çatıblar.

Əldə etdiyimiz məlumata görə, “Yandex taksi” “Uber”lə MDB ərazisində birləşiblər və pay çoxluğu “Yandex”in xeyrinədir. Pay çoxluğuna görə də, idarəetmə “Yandex”də, yəni, erməni biznesmendədir.

Bildirək ki, “Uber” taksi şirkəti əvvəldən Azərbaycanda fəlaiyyət göstərib. Şirkətlər birləşsə də, Azərbaycanda “Uber” adı ilə də fəaliyyət göstərir. Onu da bildirək ki, internet üzərindən sifarişlə çalışan taksi şirkətinin alt proqramı “Yandex”ə.

“Uber”in sürücüləri ilə söhbət zamanı bildiriblər ki, yeni program yaxşı işləmir, xəritə isə “Yandex”indir.

Sürücülərin sözlərinə görə, Azərbaycanda da “Yandex”in Rusiyada tətbiq etdikləri cərimə sistemi tətbiq edirlər. Sürücülər qeyd edib ki, üst hissədə “Uber” proqram işlədiyi görsənsə də, konkret olaraq altda “Yandex” işləyir. İki taksi şirkəti birləşdiyi üçün kənardan anormal görsənmir.

İT mütəxəssislərin bildirdiyinə görə, telefona müştəri programı yazılıbsa, sifariş verilməsə də proqramı yükləmiş şəxsi izləyə bilirlər. Və ya eyni ərazidən olan sifrişlərə də nəzarət edilir.

Əldə etdiyimiz məlumata görə, şirkətin Azərbaycan rəhbəri müəyyən dövrdən bir Rusiyaya gedərək erməni – Tigran Xudaverdiyana hesabat verir.

Səxavət Məmməd

www.yenicag.az

3990
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv