Reklam

Reklam

Bu gün görkəmli alim, mütəfəkkir Xudu Məmmədovun xatirə günüdür.

Yenicag.az xəbər verir ki, bu münasibətlə böyük ailimin məzarı ziyarət olunub.

İçtimai fəalların və gənclərin iştirak etdiyi tədbirdə Qarabağ Hərəkatı başqanı Vasif Qurbanzadə Xudu Məmmədovun ideyalarından söhbət açaraq Azərbaycanda sovetlər dönəmində aparılan milliliyə yönəlik ideoloji işin başında məhz onun dayandığını və bunun nəticəsində uğurlar əldə olunduğundan söhbət açıb.

Alimin dostu Eldar İsmayılov Xudu Məmmədov haqqında xatirələrini bölüşüb. “Xudu müəllim son dərəcə zəkalı və hazırcavab adam idi. Mən ona, hər kəsi heyran qoyan zəkasına görə “sirri-Xuda” deyirdim” deyən natiq, Xudu Məmmədovla keçirdiyi anlara işıq tutub.

Tanınmış ekspert İlham İsmayıl Xudu Məmmədovun sovetlər dönəmində apardığı işdən, vətəndaşların milli mübarizəyə qalxması naminə geniş fəaliyyətindən danışıb. İlham İsmayıl Xudu Məmmədov və onunla azadlıq mübarizəsinin təməlini qoyanları Azərbaycanın “Dərin Dövlət”i adlandıraraq, onların xidmətlərini unutmağın mümkünsüzlüyünü dilə gətirib.

Qarabağ qaziləri də böyük alim haqqında fikirlərini bölüşdükdən sonra tədbir şəhidlərin məzarı başında sona çatıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1747
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."