Reklam: High Technic
hightechnic

Xumar Qədimova ondan danışdı: "Çox pis əzab çəkirəm" – VİDEO

ARB Ulduz-un “Virtual Həyat” verlişinin növbəti qonağı əməkdar artist Xumar Qədimova olub.

Yenicag.az xəbər verir ki, sənətçi ilk olaraq ən pis cəhətindən danışıb: “Xumar qarşısındakını istədiyi kimi görmək istəyir. Mənim ən pis cəhətim odur. Xumar dostluq elədiyi insandan hər şey istəyir. O, istəyir ki, dostluq etdiyi şəxs səmimi olsun, xəyanət etməsin. Mən əgər onu elə görməsəm, dostluq edə bilmərəm. Elə görürəm ki, dostluq edirəm. Elə olmasa, mən çox pis əzab çəkirəm. Bu xarakterimi sevmirəm”.

Əməkdar artist daha sonra efirlərdə az-az görünməsindən danışıb: “Mənim sənət siyasətim belədir. Efirlərə çox çıxmağı sevmirəm. Təbii ki, tamaşaçıları sevirəm. Hər şey yerində olsa, yaxşıdır. Unudulmaram, yəqin ki, amma bu haqda düşünmək lazımdır. İki amil məni unudulmağa qoymayacaq: bir nəğmələrim, bir də duyumu olan tamaşçılarım”.

www.yenicag.az

1545