“Çox xahiş edirəm, Lev Tolstoy küçəsinin Nizami kinoteatrı yaxınlığında yerləşən hissəsində dayanan “stoyanşik”lər barədə tədbir görülsün”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı sosial media hesabında canlı yayın açaraq deyib.
Avtomobilini düzgün yerdə park etmədiyi üçün cərimələnən müğənni əsəbiləşib və əlaqədar qurumlara müraciət edib:
“Maşını keçmiş “Partofino”nun yannıda saxlamışam. Dayanacaqda duran adam dedi, ödənişi bizə verəcəksiniz. Ödəniş edəndən 15-20 dəqiqə sonra mənə cərimə gəlib. Bu işlə hansı orqanlar məşğul olur, biz də bilək, harada maşını saxlayaq, harada yox.
Bu adamlar burada dayanıb pul yığırlar. Başa düşürəm, hamı evinə çörək aparmaq istəyir. Amma halal yolla qazanın da, haramzadalıqla yox. Sən məni niyə aldadırsan? Əgər halal etmirəmsə, onu yeyə biləcəksən?
Çox xahiş edirəm, burada dayanan “stoyanşik”lər barədə tədbir görülsün. Niyə mən 20 manat cərimə ödəməliyəm?”
Cəvahir