Xuraman Şuşalı: “Ərimin telefonunda qızla selfi görəndə dəli oldum”

Müğənni Xuraman Şuşalı həyat yoldaşının ona qoyduğu qadağalardan danışıb.

Yenicag.az-a danışan müğənni bəzən bu qadağalara riayət etmədiyini də bildirib:

“Həyat yoldaşımın mənə qoyduğu qadağalar var. O axşamlar telefonla danışmağımı xoşlamır. Mən bunu bildiyim üçün, axşamlar telefon zənglərinə cavab vermirəm, ya da o zəngləri prodüserimə yönləndirirəm. Bir qadağası da var, mənə öz telefonuna baxmağa icazə vermir. Son vaxtlar telefonuna kod da qoyub. Bu məni çox qıcıqlandırır. Bilir ki, dəhşətli dərəcədə qısqancam. Onun telefonunda adi bir yazışma, ya foto qırğına səbəb ola bilər. Hər dəfə də əsəbiləşir ki, məgər sən mənə inanmırsan? Bu yaxınlarda telefonunda bir selfi gördüm, dəli oldum. İki gün özümə gələ bilmədim, amma qürurumdan özünə də heç nə demədim. Axırda özü soruşdu ki, nə olub? Özündə-sözündə deyilsən. Açıb danışdım ki, bəs bu nə selfidir? Bəlli oldu ki, iş yoldaşıymış. Mən o qədər əsəbi olmuşam ki, onu tanıya bilməmişəm. Kollektiv şəkil idi, yanında da qız. Elçin internet vasitəsi ilə kitab oxumağı çox xoşlayır, bəzən saatlarla kitab oxuyur. Qısqanclıqdan ağlıma min cür fikir gəlir. O tərəf-bu tərəfə gedirəm, gizlincə boylanıram ki, görüm kiminləsə yazışırmı? Baxıram ki, kitab oxuyur. Əslində qadının qısqanclığı onun özünə ziyan vurur, rahatlığını pozur. Amma nə edim ki, bu xasiyyətimlə mübarizə aparsam da, istədiyimə nail ola bilmirəm”.

Cəvahir

COP29