Xuramandan XANIMLARA MƏSLƏHƏT: “Görsən ki, ərin başqa qadını sevir, onda…”

“Bir kişinin iki günlük bədən hissinə görə ailə dağıtmaq olmaz”.

Yenicag.az xəbər verir ki. bu sözləri “Pərvizə görə” verilişində aktrisa Xuraman Əlizadə deyib.

Sənətçi hesab edir ki. qadın yalnız bir halda ailəsini dağıda bilər. O da kişi başqa bir qadını sevərsə:

“Ailə gözəl şeydir, onu qorumaq lazımdır. O halda ki, bəy başqa bir xanımı sevir, artıq səni istəmir, səni alçaldır, evə gec gəlir, əvvəlki münasibət yoxdur, evə gələn kimi əlində telefon başqa otağa keçir, sən onun uşağının anası olduğun üçün deyə bilmir ki, başqasını sevirəm, başqa qadının yanındayam və onun yanında xoşbəxtəm, o halda, sən çamadanı götürüb evdən çıxıb gedə bilərsən. Başqa halda, yox…”

Nehru