Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları üçün yeni geyim formaları

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) yeni geyimləri hazırlanır.

Bunu Yenicag.az-a açıqlamasında «Bakı Tikiş Evi» ASC-nin (BTE) sədri Fədai Rəhimov bildirib.

Onun sözlərinə görə, yeni geyim forması indikindən həm modelinə, həm yüksək keyfiyyətinə görə fərqlənəcək. Hazırda üzərində işlərin aparıldığı geyim forması Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təsdiqləndikdən sonra istifadəyə veriləcək.

O, bildirib ki, yeni geyim forması Xüsusi Dövlət Mühafizə Xidmətinin sifarişi üzrə və NATO modelinə uyğun şəkildə hazırlanır.

BTE rəhbəri açıqlamasında həmçinin, Müdafiə Nazirliyinə məxsus geyim formalarının yenilənməsi ilə bağlı bir sıra işlərin görüldüyünü də deyib. O, qeyd edib ki, bu işlərin görülməsi ilə bağlı fabrikin tərkibində xüsusi sex yaradılıb:

“Müdafiə Nazirliyinə məxsus bir sıra layihələr var ki, onların üzərində işlər görülür. Bu baxımdan yeni hərbi modellərin hazırlanması üçün fabrikin tərkibində 20 nəfər laborantdan ibarət sex yaradılıb. Həmin modellərə geyim formaları, səhra jiletləri, əşya torbaları və yağmurluq daxildir”.

Elvin Paşazadə

COP29