“Xüsusi hərbi əməliyyat azadedici xarakter daşıyır” – Putin

Xüsusi hərbi əməliyyat azadedici xarakter daşıyır.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Dövlət başçısı Donbass və Novorossiya vilayətləri ilə birləşmə günü ilə bağlı videomüraciətində vurğulayıb ki, 2014-cü ildən sonra Qərb sistemli şəkildə Ukraynanı Cənub-Şərqə qarşı yeni cəza əməliyyatına, Rusiyanın bölgələrinə, Krıma hücumlara və s. hazırlaşırdı. Onlar nifrət və radikal millətçilik aşılayır, rus olan hər şeyə qarşı düşmənçiliyi qızışdırır, silah-sursat verirdilər.

“Hadisələrin gələcək inkişafı xüsusi hərbi əməliyyatın zəruriliyini və əsaslılığını, onun həqiqətən azadedici xarakterini tam təsdiqlədi”, – deyə Putin açıqlayıb.

COP29