Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 yanvar 2025-ci ilə saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 oktyabr 2024-cü ilədək müddəti əhatə edirdi.