!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xüsusi təyinatlı şəhidin anım günü keçirildi - FOTO

!Reklam – Yazi

Bugün saat 12:00-da 2-ci fəxri xiyabanda şəhid Aqşin Həsənovun anım tədbiri keçirilib.

Tədbirdə şəhidin anası, döyüş yoldaşları, qazilər, “Milli Mədəniyyətimizin Təbliği” ictimai birliyinin sədri Jalə Cəfərova və onun xidmət etdiyi xüsusi təyinatlı hərbi hissənin komandiri iştirak edib. Həmçinin Aqşin Həsənovla eyni gündə şəhid olan digər yoldaşlarının da qohumları və valdeynləri tədbirə qatılanlar sırasında olub.

“Milli Mədəniyyətimizin Təbliği” ictimai birliyinin sədri Jalə Cəfərova şəhidlik zirvəsinin uca məqamından, Aqşin Həsənovun fədakarlığından danışdı. Şəhidin xidmət etdiyi xüsusi təyinatlı hərbi hissənin komandiri ehtiyatda olan polkovnik Xətai Baxışov, Qarabağ qazisi, özünümüdafiə batolyonunun komandiri Rövşən Əhmədli tədbirdə çıxış etdi. Daha sonra isə üç azyaşlı qürurlu və iftixarlı şəkildə vətənpərvər şerlər səsləndirdi.

Allah bütün şəhidlərimizə rəhmət etsin!”./iqtisadiyyat/

 

www.yenicag.az

5454
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv