Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xüsusi təyinatlılar cinayətkar bandanı belə zərərsizləşdirdilər - Video

Moskvada xüsusi təyinatlılar qafqazlılardan ibarət cinayətkar dəstəni yaxalayıblar.

Yeniçağ.Ru-nun məlumatına görə, valyuta mübadilə məntəqəsində müştərinin 20 min dollarını ələ keçirtmək istəyən 8 nəfərlik mütəşəkkil cinayətkar dəstə ələ keçib.

Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volkun sözlərinə görə, Lenin prospektindəki valyuta məntəqəsində baş tutan sözügedən əməliyyat Moskva polisi və Qvardiya döyüşçüləri ilə birlikdə keçirilib.

Q, qeyd edib ki, basqınçılar valyuta-maliyyə qurumu müştərisinin iri həcmdə valyutanı dəyişəcəyini əvvəlcədən öyrəniblər. Onlar həmin şəxsin pullarını ələ keçirtmək üçün üç avtomobillə əraziyə gələrək, müştərinin məntəqəyə yaxınlaşmasını gözləyiblər. Lakin onlar bu məqsədlərinə çatmadan yaxalanıblar.

Məlumata görə, basqıınçılar Şimal Qafqaz, Krasnodar diyarı və Moskva vilayətindən olublar. Onların cinayətkar məqsədlə bir araya gəldikləri və əsas “iş”lərinin valyuta mübadilə məntəqəsi müştərilərinə hücum etdikləri müəyyənləşib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb və bu basqının digər mümkün təşkilatçıları axtarılır.

Yeniçağ.Az

www.yenicag.az

265