Ukrayna Təhlükəsizlik Qüvvələrinin xüsusi təyinatlıları Saakaşvilini saxlamaq üçün onun Kiyevdə qaldığı otelə gəliblər.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin silahdaşı David Sakvarelidze facebook hesabında məlumat verib.
Onun sözlərinə görə, prezident Poroşenkonun tapşırığı ilə Kiyevdə yerləşən “Fairmont Grand Hotel”ə Saakaşvilini aparmaq üçün xüsusi təyinatlılar göndərilib.(qafqazinfo.az)