Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Xüsusi toplulardan ibarət nümunələrlə Türkiyədə sənət kolleksiyaçılığı" adlı kitab nəşr edildi

Dahi naşir, böyük türk mütəfəkkiri Əli bəy Hüseynzadənin oğlu Səlim Turanın əsərlərinin kolleksiyaçısı Yahşi Baraz Yeniçağ.Az-a danışıb: “Səlim Turan hər kəsin hörmət etdiyi çox yaxşı bir dost idi.”

18405545_1357994594287484_820824726_oYeniçağ.Az-ın əldə etdiyi məlumata görə, İstanbulda yerləşən Qalereya Baraz yayımlarının sənət tarixçisi və tənqidçisi Oğuz Ertenin “Xüsusi toplulardan ibarət nümunələrlə Türkiyədə sənət kolleksiyaçılığı” adlı kitab nəşr edildi. İkicildlik kitabda XIX əsrin ortalarından başlayan türk xüsusi rəsm toplularının tarixi haqqında bilgilər təqdim edilib. Kitabda Sultan Əbdüləziz, Sultan II Əbdülhəmid və Sultan Rəşadın kolleksiyalarından bəzi nümunələr öz əksini tapıb. Kitabın satışa çıxarılması münasibətiylə Yeniçağ.Az-a danışan “Baraz” Qalereyasının sahibi Yahşi Baraz, Türkiyədə ilk dəfə həyata keçirilən bu layihənin çox böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Türkiyənin bir sıra məşhur rəssamları ilə çox yaxşı əlaqələrinin olduğunu vurğulayan Yahşi Baraz, böyük türk mütəfəkkiri, təbib, yazıçı, tərcüməçi, rəssam Əli bəy Hüseynzadənin oğlu Səlim Turan ilə yaxın münasibətlərinin olduğunu bildirdi:

18424835_1357994590954151_1882327245_n“Rəhmətlik Səlim bəy bir zamanlar Türkiyə vətəndaşlığından çıxarılmışdı. Daha sonra prezident Fəxri Korutürk ona yenidən vətəndaşlıq verdi. Mən Səlim bəylə 1980-ci illərin əvvəllərində Parisdə tanış olmuşam, bir neçə dəfə sərgilərini təşkil etmişəm. Atasının Azərbaycandan gəlmiş məşhur bir tibb professoru olduğunu deyərdi. Səlim bəy sayılıb-seçilən yaxşı bir dost və sənətkar idi. Hal-hazırda onun əsərlərini satışda tapmaq mümkün deyil. Məndə olan tablolarını çox yaxşı mühafizə etmişəm.”

18424933_1357994587620818_1084816374_nKitabda müsahibəsi olan türk rəsm kolleksiyaçılığının sonuncu nəsil nümayəndələrindən Təyyar Tosun da azərbaycanlı sənətkarlarla yaxşı əlaqələrinin olduğunu söylədi:

18448145_1357994584287485_2016397672_n“Azərbaycanlı rəssam Əhməd Rza və Sənan Eynullayevin təxminən 50 əsəri kolleksiyamda var. Hər iki sənətkarla dostam. Bəzən rəsm çəkəndə onların yanında oluram. Kolleksiyamda təxminən 1000 ədəd tablo mövcuddur. Biz iş adamlarının sənətə və sənətkara verdiyi dəstək eyni zamanda Türkiyənin inkişafına xidmət etməkdədir.”

18425585_1357994574287486_863177666_nİki cilddən ibarət olan 1000 səhifəlik “Xüsusi toplulardan nümunələrlə Türkiyədə sənət kolleksiyaçılığı” kitabının ilk nəşri 1500 ədəd idi. Nəşriyyatdan verilən məlumata görə hamısı alınıb. Satışdan əlavə kitablar qalereyalara, kolleksiyalara, muzeylərə və kitabxanalara göndərilmişdir.

Yeniçağ.Az

www.yenicag.az

320