“Xutor”da qəza oldu, yolda tıxac yarandı

Ziya Bünyadov prospekti, “Xutor” tunelinə giriş hissədə yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən də “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.