Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AŞPA-ya Azərbaycan üzrə yeni həmməruzəçilər seçiləcək

Reklam: Sinerji Pro

Avropa Şurası Parlament Assambleyasının () yay sessiyasının gündəliyi açıqlanıb.

Yenicag.az xəbər verir ki, sessiya iyunun 25-dən 29-dək Fransanın Strasburq şəhərində keçiriləcək.

Yay sessiyasında AŞPA-ya yeni prezident seçiləcəyi planlaşdırılır.

Bundan əlvaə, iyunun 25-də AŞPA-nın Azərbaycanda keçirilmiş prezident seçkilərini izləmək üzrə müşahidə missiyasının rəhbəri Viorel Rikard Badea hesabatını təqdim edəcək.

Sessiyada həmçinin Sezar Florin Predanın əvəzinə AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisinin seçilməsi ilə bağlı müzakirələr aparılacaq.

Eyni zamanda AŞPA deputatları miqrasiya, miqrasiya siyasəti, qonşu ölkələrdə qaçqınların humanitar vəziyyəti və digər məsələləri müzakirə edəcəklər.

Assambleyanın yay sessiyasında Xorvatiya və Slovakiyanın baş nazirləri, habelə Lüksemburqun xarici işlər nazirlərinin çıxışı planlaşdırılır./Report/

www.yenicag.az

1897
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100