!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ya burqer, ya uşaq: Fəstfud sonsuzluğa aparır

!Reklam – Yazi

Müntəzəm olaraq fəstfudla qidalanmaq qadınlarda sonsuzluq riskini ikiqat artırır. Qida rasionunda meyvə çatışmazlığı isə riski daha 50% yüksəldir.

Yenicag.az xəbər verir ki, avstraliyalı alimlərinin bu araşdırması “Human Reproduction” jurnalında dərc olunub. Təhqiqatçılar qeyd ediblər ki, gün ərzində bir neçə dəfə meyvə qəbul edilməsi qadınlarım hamilə qalmaq şansını daha da artırır. Odur ki, alimlər uşaq sahibi olmaq istəyən qadınlara qida rasionlarına diqqətlə yanaşmağı məsləhət görürlər.

Sözügedən araşdırma Avstraliya, Yeni Zellandiya, Böyük Britaniya və İrlandiyadan olan, 18-43 yaş aralığında qadınlar arasında keçirilib. Araşdırmada təxminən 5600 qadın iştirak edib. Tədqiqatçılar qadınların hamilə qalmaq istədiyi vaxtdan etibarən qidalanmaqları barədə məlumatları toplayıblar.

Yekunda məlum olub ki, digərlərinə nisbətən daha az meyvəylə qidalanan qadınlar arasında sonsuzluq riski 12% daha yüksəkdir. Həmçinin, həftədə 4 porsiya və ya daha çox fastfudla qidalanan qadınlar arasında sonsuzluq riski 8-16% aralığında müşahidə olunur.

www.yenicag.az

1968
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv