“Ya təyyarələrimizi, ya da pulumuzu verəcəklər” – Ərdoğandan F-35 açıqlaması

Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ ilə olan münasibətlərə də toxunub.

Yenicag.az xəbər verir ki, Ərdoğan F-35 təyyarələrinin aqibəti ilə bağlı danışıb.

Prezident Baydenlə Romada görüşəcəyini və bu məsələləri müzakirə edəcəyini bildirib:

“Brüsseldə Baydenlə bir görüşümüz oldu. İndi də Romada görüşəcəyik. Aramızdakı hərbi, siyasi, iqtisadi əlaqələri müzakirə edəcəyik. Məsələn, F-35 problemi necə olacaq? 1 milyard 400 milyon dollar ödəniş etmişik, bu necə olacaq? Bunların aqibətini bilməliyik. Biz əlimizdəki pulu ətrafa saçan bir ölkə deyilik. Bu pulları da rahat qazanmamışıq, qazanmırıq. Ya təyyarələrimizi, ya da pulumuzu verəcəklər”.