Yadplanetlilərin Yerə İLK SƏFƏRİ – Professordan İDDİA

Harvard Univeristetinin professoru, məşhur fizik Stiven Houkinqlə birgə tədqiqatlar aparan professor Avi Loeb yadplanetlilərlə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

Yenicag.az xəbər verir ki, Avi Loeb yeni yayınladığı “Yerdənkənar: Yer ətrafında ağıllı həyatın ilk işarəsi” adlı kitabında yadplanetlilərin ilk dəfə 5 il əvvəl Yerə ayaq basdığını iddia edib.

Kitabda, “Başqa sivilizasiyaların olduğunu bilməli və onları tapmağa çalışmalıyıq”, – deyə yazan 58 yaşlı professor fikrini bu şəkildə davam etdirib:

“2017-ci ilin oktyabr ayında yadplanetlilər Yerə gəldilər. Astronavtlar çox sürətlə hərəkət edən cisim gördülər və onun yadplanetli olduğu qənaətinə gəldilər.

“Maşınları” gəmiyə oxşayırdı, amma sürət yığmaq üçün işıqdan istifadə edirdilər. Cisim Günəşin ətrafında fırlandıqdan sonra sürətini xeyli artırdı. Parlayıb sönürdü. Bu da onun parlaq metaldan düzəldildiyini göstərir”.

Aqil Bəkir