“Hava şəraiti ilə əlaqədar Bakı yollarında tıxac, subasma və çökmə hallarının baş verməsi infrastrukturun yararsızlığından xəbər verir”.
Bu fikirləri yağıntılı hava şəraiti ilə əlaqədar yollarda baş verən subasma və çökmə kimi halların baş verməsi səbəblərini şərh edən nəqliyyat eksperti Rövşən Həsənov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, belə halların azalması üçün aidiyyatı qurumlar tərəfindən yolların bərpasına nəzarət mexanizmi təkmilləşdirilməlidir:
“İnşaat və təmir işlərinin tikinti norma və qaydalarına uyğun aparılmaması, keyfiyyətsiz materiallardan istifadə yollarda həm sürücüləri, həm də piyadaları çətin vəziyyətə salır.
Mövcud hava şəraiti ilə əlaqəli Bakının yollarında tıxac, subasma və çökmə halları müşahidə edilir. Bu kimi neqativ halların yaşanmaması üçün Azərbaycan Avtomobil Yolları Nəqliyyat Agentliyi və digər aidiyyatı qurumlar öz fəaliyyətlərini intensivləşdirməlidirlər.
Eyni zamanda, yollarda zolaqların boyaları keyfiyyətsiz olduğu üçün adi yağıntı zamanı silinir və bu da əlavə risklərə yol açır”.
Nuray Məmmədzadə