Ötən gün güclü külək, ardından yağış yağıb. Yağışın altına çıxan şəxsi elə yerində ildırım vurub.
Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, 35 yaşlı Ayaz Quliyevi Qaradağlı kəndində, öz həyətində ildırım vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan kənd sakini Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.
Hazırda o evə buraxılsa da, nəzarətdə saxlanılır.
Daha ətraflı videoda: