Son günlər davam edən intensiv yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artıb.
Yenicag.az xəbər verir ki, bunu Apa-ya açıqlamasında Milli Hidrometeorologiya xidmətinin hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.
O bildirib ki, yağıntılı hava şəraiti ilə əlaqədar respublikanın əksər çaylarında, o cümlədən tranzit çaylarda – Kür, Qanıx çayında suyun səviyyəsində artım müşahidə edilib.