Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti sentyabrın 04-ü səhərədək davam edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, sentyabrın 04-ü gündüz və 05-də havanın sabit olacağı, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.