Rusiya Dövlət Dumasının binası güclü yağışa tab gətirə bilməyib.
Yenicag.az xəbər verir ki, dekabrın 12-də güclü yağış və temperaturun dəyişməsi səbəbindən parlamentin dam örtüyü sızıb.
Yağışdan sonra binanın bəzi yerlərinə yağış suları dolub.
Prezident administrasiyasının mətbuat katibi Yelena Krılovanın sözlərinə görə, fəsadlar dekabrın 13-nə qədər aradan qaldırılmalıdır.